Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə Balakən RPŞ tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Göylərov Şəhərrəddin Süleyman oğlu Mahaçqalada tutulub.
Belə ki, İnterpol kanalları ilə vasitəsilə Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.