Bakıda su nasosunda gizlədilmiş narkotik tapıldı

Bakıda su nasosunda gizlədilmiş narkotik tapılıb.

“Qafqazinfo” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Penitensiar xidmətin və DİN əməkdaşlarının keçirdiyi tədbii nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən narkotik gizlədilməsi halı müəyyənləşdirilib. Fakt üzrə keçirilən əməliyyat tədbiri ilə Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More