FAB Yaxın Şərq və Şimali Afrika bazarında böyük ixraca hazırlaşır – Fotolar

FAB Şirkətlər Qrupu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Big 5 Global UAE 2025” sərgisində iştirak edir. 

“Qafqazinfo” xəbər verir ki, şirkət geniş məhsul portfeli, yüksək keyfiyyət standartlarına əsaslanan istehsal imkanları ilə sərgidə təmsil olunur.

“Big 5 Global UAE 2025” FAB üçün təkcə nümayiş platforması deyil, həm də qlobal rəqabətə inteqrasiya və beynəlxalq bazarda dayanıqlı mövqelərin qurulması üçün strateji addımdır. Bu qlobal tədbir yeni ixrac bazarları ilə birbaşa əlaqələrin qurulması, qlobal distribütor və tərəfdaşlarla əməkdaşlıq zəncirinin genişlənməsi, innovativ inşaat texnologiyalarının mənimsənilməsi, FAB brendinin beynəlxalq tanınma və etibarlılıq səviyyəsinin yüksəldilməsi üçün real imkanlar yaradır. Sərgi çərçivəsində aparılacaq görüşlərdə FAB məhsullarının Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxışı üçün mühüm razılaşmaların əldə olunması gözlənilir.

Qeyd edək ki, “Big 5 Global” sərgisi bu il 165-dən çox ölkənin yerli istehsalçılarını bir araya gətirir. Sərgi 27 noyabr 2025-ci il tarixində başa çatacaq. 







Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More