“Mənə ürək-dirək lazım deyil” – Yanğında həlak olan Arzunun atası

“Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmişəm. Əvəzində bu faciə ilə bağlı məlumatları paylaşıb gündəmdə saxlayın”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Yasamalda baş verən yanğın zamanı həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov şəxsi instaqram səhifəsində yazıb.

“Eyni zamanda sahibkarın, bu özbaşınalığa rüşvət qarşılığında göz yuman səlahiyyətli şəxslərin hər birinin məsuliyyətə cəlb edilmələrini tələb edirəm”,- deyə o digər bir paylaşımında qeyd edib.


Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More