Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 29 yaşlı Lənkəran sakini Zahid Abbaszadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə qaz borusuna, daha sonra isə yol kənarında hərəkətsiz dayanan “Mercedes” markalı avtomobilə çırpılıb.
Nəticədə sürücü və onun sərnişin qismində olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın müvafiq şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.