Fəvvarələr meydanında yaradılan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı köşklərdən birində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, yanğınla bağlı görüntüləri “Operativ Media” yayıb.
Məlumata görə, yanğın qısa zamanda söndürülüb.
Qeyd edək ki, yarmarka bağlı olub, bu gün 19:00-dan sonra açılışı nəzərdə tutulub.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 25.11.2025-ci il tarixində saat 18:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.