“Araz” AI Challenge – 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı – Fotolar

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin həyata keçirdiyi “Araz” AI Challenge – 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 

Müsabiqənin keçirilməsində məqsəd gənclərin və yaradıcı şəxslərin süni intellekt alətlərindən istifadə bacarığını inkişaf etdirmək, yaradıcılıqla texnologiyanı birləşdirmək və ölkəmizdə innovasiya, rəqəmsallaşma və süni intellekt sahəsində dövlət səviyyəsində atılan strateji addımlara dəstək verməkdir.

Müsabiqəyə foto, video və audio kateqoriyası üzrə 150-yə yaxın iş təqdim olunub və hər kateqoriya üzrə  3 nəfər olmaqla ümumilikdə 9 qalib seçilib, həmçinin 5 iştirakçı həvəsləndirici mükafata layiq görülüb.

Tədbirdə çıxış edən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov qeyd edib ki, süni intellekt dünyada sürətlə dəyişən texnoloji mühitin əsas istiqamətlərindən biridir və artıq şirkətin fəaliyyətinin müxtəlif sahələrində tətbiq olunur.

Onun sözlərinə görə, ölkədə süni intellekt ekosisteminin qurulması və rəqəmsal transformasiya istiqamətində görülən genişmiqyaslı işlər şirkəti də daha böyük hədəflərə ilhamlandırır: “Araz” supermarketlər şəbəkəsi bu sahənin ölkəmizdə inkişaf etməsi üçün davamlı təşəbbüslərlə gənclərə dəstək verir, innovativ layihələr həyata keçirir. “Araz” AI Challenge -2025″ müsabiqəsi yaradıcı şəxslərə öz ideyalarını real brend üzərində sınamaq, süni intellekt alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək üçün unikal imkan yaradır”.

Müsabiqəyə təqdim olunan foto, audio və videoların qiymətləndirilməsi süni intellekt sahəsində fəaliyyət göstərən peşəkar münsiflər heyəti tərəfindən xüsusi meyarlar əsasında həyata keçirilib. Münsiflər seçim zamanı yaradıcı yanaşma, texniki həllər, süni intellekt alətlərinin tətbiq səviyyəsi və ideyanın brend dəyərləri ilə uyğunluğu kimi meyarları nəzərə alıblar. 









Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More