Azərbaycan kriptoqrafik mühafizə vasitələrinin test olunmasına hazırlaşır

Gələn ilin yanvar ayında Azərbaycanda kriptoqrafik mühafizə vasitələrin test olunmasına başlanılacaq.

“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən II Beynəlxalq “Caspian Innovation Forum 2025” tədbirində deyib.

Onun sözlərinə görə, dekabrda artıq ən sonuncu ölçmə cihazları ölkəyə gətiriləcək: “Biz xaricdən kriptoqrafik mühafizə vasitəsi alırıq, buradakı şirkətlər onlardan istifadə edirlər. Amma biz heç əmin deyilik ki, o kriptoqrafik mühafizə vasitələrinin içərisində yazıldığı kimi, IS-256 şifrələmə alqoritmindən istifadə olunmasının təsdiqini bizə kim verəcək? Yəni, bizim test mühitinə ehtiyacımız var.

Biz Milli Kibertəhlükəsizlik Mərkəzində “Common Criteria” Ümumi Meyarlar Laboratoriyasını qurmuşuq. Həmin laboratoriyada aparılacaq testlər əminəm ki, bizim təhlükəsizlik mühitimizi daha da gücləndirəcək, kriptoqrafik mühafizə vasitələrinin doğrudan da dayanıqlı olub-olmadığını göstərəcək. Hətta ən qabaqcılı dövlətlər “Common Criteria Evolution Assurance Level 4″dən yuxarı səviyyələrdə artıq kritik infrastruktur və milli təhlükəsizlik səviyyəsinə bu həllərin buraxılmasını təmin edirlər”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More