Bakıda SSRİ bayrağı qaldıranlar haqda – Qərar verildi

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən qrupun təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

A.İbrahimli və İ.Əsədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar.

Sail Ağasəlim

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More