Gəncədə 13 yaşlı yeniyetmə bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, 2012-ci il təvəllüdlü K.Q bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, aldığı xəsarətə görə əməliyyata götürülüb və vəziyyətinin stabil olduğu bildirilir.
Yeniyetmənin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.