Honkonqun Tay Po rayonunda yerləşən çoxmərtəbəli yaşayış kompleksində güclü yanğın baş verib.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində biri yanğınsöndürən olmaqla, 4 nəfər həlak olub, daha 3 nəfərin xəsarət aldığı bildirilir.
Binanın içində ola biləcək insanların dəqiq sayı, eləcə də yanğının səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, yanğın baş verən yaşayış kompleksi təxminən 2000 mənzilin yerləşdiyi səkkiz çoxmərtəbəli binadan ibarətdir.
***
“South China Morning Post”un məlumatına görə, yanğın nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Daha 16 nəfər isə ağır yaralanıb.


Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.