O ailə hotelə vurulan həşərat dərmanına görə məhv olubmuş – Təsdiqləndi

İstanbulun Fatih rayonunda Almaniyadan gələn Böcek ailəsinin faciəvi şəkildə həyatını itirməsinin səbəbi müəyyənləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin açıqladığı rəsmi rəydə ailənin qida zəhərlənməsi deyil, hoteldə qanunsuz şəkildə tətbiq olunan həşərat dərmanları nəticəsində zəhərləndiyi təsdiqlənib.

Ekspertiza materiallarında qeyd olunub ki, otaqdan götürülmüş dəsmal, tibbi maska və müxtəlif əşyalarda fosfin qazının izləri aşkarlanıb. Bildirilib ki, bu maddənin qapalı məkanda istifadəsi insan həyatı üçün son dərəcə təhlükəlidir və ölümcül zəhərlənməyə səbəb ola bilər.

Xatırladaq ki, noyabrın 12-də Almaniyadan gələn Böcek ailəsinin üzvləri Fatihdə qaldıqları hoteldən xəstəxanaya aparılmışdı. Uşaqlar və ana Çiğdem Böcek qısa müddətdə vəfat etmiş, ata Servet Böcek isə aparılan tibbi müdaxilələrə baxmayaraq bir neçə gün sonra həyatını itirmişdi.

Hadisə baş verən gün eyni hoteldə qalan iki turist də oxşar simptomlarla xəstəxanaya yerləşdirilmiş, daha bir nəfər müşahidə altına alınmışdı. Baş verənlərdən sonra polis hotellə bağlı fəaliyyəti müvəqqəti dayandıraraq obyekti möhürləmişdi.

Onu da bildirək ki, ötən gün Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim etmişdi. Sözügedən rəydə ailənin fosfin qazından zəhərləndiyi qeyd olunmuşdu.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More