Penitensiar Xidmətin bir neçə əməkdaşı cəzalandırıldı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları cəzalandırılıb.

Bu barədə “Qafqazinfo”ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə, Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.

Xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşına qarşı isə intizam tənbehi tədbirləri görülüb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More