“Qarabağ” Medinanın durumunu açıqladı

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Napoli” – “Qarabağ” matçında Kevin Medina rəqib komandanın atdığı top zərbəsindən sonra yıxılaraq huşunu itirib və meydandan çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” klubu Medinanın hazırkı durumu haqda məlumat yayıb.

“Bu gün aparılan müayinələr nəticəsində futbolçumuzun vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda sabah istirahət edəcək. Medinanın 2 gün sonra komanda ilə məşqlərə qoşulması gözlənilir”, – klubun açıqlamasında deyilir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More