Dəhşətli yanğında ölənlərin sayı artdı

Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” yerli “HK01 portalına istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Con Li açıqlama verib.

Bildirilir ki, Con Li yanğın nəticəsində 36 nəfərin öldüyünü, 279 nəfərlə əlaqə saxlamaq mümkün olmadığını, 29 nəfərin xəstəxanaya yerləşdirildiyini, o cümlədən 7 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More