Səfirin geyimi müzakirələrə səbəb oldu – Video

ABŞ-nin Afinadakı yeni səfiri Kimberli Qillfoyl Amerika-Yunanıstan Ticarət Palatası tərəfindən təşkil olunan Şükranlıq Günü ilə bağlı tədbirdə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, tədbir boyunca Qillfoyl həm qonaqların, həm də medianın maraq obyektinə çevrilib.

Onun şəffaf və bəzəkli geyimi sosial mediada da geniş müzakirə olunub. Bəzi izləyicilər onun tərzini bəyənsələr də, bəziləri geyimin rəsmi tədbir üçün uyğun olmadığını qeyd ediblər. Tədbir iştirakçıları isə onunla fotolar çəkdirmək üçün növbəyə düzülüblər.

Qeyd edək ki, K. Qillfoyl ABŞ-də tanınmış ictimai simadır. Hüquqşünas olan Qillfoyl keçmişdə köməkçi rayon prokuroru və “Fox News” aparıcısı olub. O, Kaliforniya qubernatoru Gevin Nyusomun keçmiş həyat yoldaşı və 2021-2024-cü illərdə ABŞ Prezidentinin oğlu kiçik Donald Trampın nişanlısı olub.

10 dekabr 2024-cü ildə ABŞ prezidenti tərəfindən Yunanıstanda səfirliyə namizəd göstərilən Qillfoyl 18 sentyabr 2025-ci ildə Senat tərəfindən təsdiqlənərək vəzifəsinə başlayıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More