“Trendyol” ilin “Əfsanə günlər”ini elan edir

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Trendyol” “Əfsanə günlər” kampaniyasına başlayır. 

27 noyabr-2 dekabr tarixlərini əhatə edəcək kampaniya müddətində məişət texnikası, ev və mətbəx ləvazimatları, geyim, kosmetika və baxım məhsulları da daxil olmaqla, 1500-dən çox kateqoriyada alış-veriş daha sərfəli olacaq. 

“Trendyol”un Azərbaycandakı istifadəçiləri “Əfsanə günlər” müddətində “NOYABR20” kodu ilə 20% endirim əldə edəcəklər. 

Həmçinin müxtəlif mağazalar kampaniya günlərində mağazaya özəl xüsusi endirimlər, 20%, 30% və 40%-lik kuponlar və səbətə özəl endirimlər təqdim edəcək. 

“Əfsanə günlər”in fürsətləri bununla bitmir. “Ultra Çarx”, “Paylaş-Qazan” və digər interaktiv aksiyalar da müştərilərə əlavə kuponlar və bonuslar qazandıracaq.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More