Vüsalənin verilişi yarımçıq dayandırıldı – Video

Bu gün Xəzər TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, proqramın qonaqları tanınmış müğənnilər – Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.

Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.

Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More