Əli Kərimli DTX-də dindirilir – Evində Ramiz Mehdiyevin məktubu tapıldı

Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Əli Kərimli və Məmməd İbrahimin barələrində aparılan araşdırma çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirildikləri məlum olub.

Əli Kərimlinin evindəki axtarış Ramiz Mehdiyev barəsində aparılan cinayət işi üzrə həyata keçirilib.

Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. 

Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.

Hazırda həmin iş üzrə hərtərəfli istintaq hərəkətləri aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More