Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon Məhkəməsi bu dəqiələrdə qərarını açıqlayıb.
Təqsirləndirilən şəxsin istintaqdan yayınma, şahidlərə təsir etmə ehtimalları nəzərə alınaraq vəsatət əsaslı sayılıb.
Qərara əsasən Əli Kərimli barəsində 2 ay 13 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilir. O, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. Mehdiyev özü də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi cinayətlərə görə ev dustağı edilib.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.