Əli Kərimli və Məmməd İbrahim haqda həbs qətimkan tədbiri seçildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə qərarını açıqlayıb.

Təqsirləndirilən şəxsin istintaqdan yayınma, şahidlərə təsir etmə ehtimalları nəzərə alınaraq vəsatət əsaslı sayılıb.

Qərara əsasən, Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.

***

Məmməd İbrahim barəsində də 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilirlər. 

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More