Siyasi fəaliyyət və ya müxalif düşüncədə olmaq o demək deyil ki, kimsə Konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd edə bilər və dövlət buna səs çıxarmaz.
Siyasi fəaliyyət və ya müxalif düşüncədə olmaq heç vaxt o demək deyil ki, sən başqa dövlətlərlə əlbir olub öz ölkənin maraqlarına zidd addımlar ata, dövlətinə xəyanət edə bilərsən.
Siyasi fəaliyyət və ya müxalif düşüncədə olmaq o demək də deyil ki, sən hər vəchlə dövləti, onun institutlarını gözdən salmaq üçün çalışa bilərsən, onun legitimliyini sarsıtmağa cəhd edə bilərsən.
Və siyasi fəaliyyət əsla o demək deyil ki, sən gündəlik olaraq cəmiyyətə nifrət, qarşıdurma və düşmənçilik toxumları səpib ictimai birliyi pozmağa çalışa bilərsən. Bu həm Ramiz Mehdiyevə, həm də Əli Kərimliyə aiddir.
Müxalif fəaliyyət dövlətə qarşı yox, cəmiyyətin inkişafına xidmət edən bir missiya olmaqla rəqabətə açıq, amma düşmənçiliyə bağlı olmalıdır. Əli Kərimli müxalifət adı altında Azərbaycan dövlətinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində dayanırdı və odur ki, onun Azərbaycana xəyanət edən Ramiz Mehdiyev başda olmaqla, 5-ci kalonla eyni istiqamətdə fəaliyyət göstərməsi mümkündür.
Hər kəs bilməlidir ki, müxalifət olmaq Azərbaycan dövlətini zəiflətməyə, nüfuzdan salmağa yönəlmiş fəaliyyəti leqallaşdırmır.
Siyasi mübarizə hüquqdur, lakin Konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd etmək cinayətdir.
Rəqabət siyasi mədəniyyətin tələbidir, lakin xəyanət heç vaxt siyasətin tərkib hissəsi ola bilməz. Bu, Əli Kərimli və bu yolun yolçuları üçün eynidir.
Millət vəkili Nurlan Həsənov
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.