Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı – Yeni təyinat

Bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında layihə səsə qoyulub.

Qərara əsasən, S.Sadıxov nazir vəzifəsindən azad edilib.

***

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

Fotoda Rəşadət Nabatov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More