“Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib” – Fotolar+Video

Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb.

Vəfat edən şəxsin qardaşı İman Musayev “Qafqazinfo”ya hadisənin ilkin təfərrüatlarını danışıb.

Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:

“Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbur qapını qırıb açıblar, görüblər ki, ikisi də rəhmətə gedib. Evdə oğlu və gəlini olub. Qonşuya da deyiblər, amma artıq gec imiş”.

Xatırladaq ki, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb. Kənd sakinləri 1957-ci il təvəllüdlü Tanrıvedi Musayev və onun həyat yoldaşı, həmyaşıdı Maya Musayeva yaşadıqları evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

 


Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More