Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisindəki keçiddə üzərində yük avtomobilini daşıyan evakuatorla qatar toqquşub.
Nəticədə evakuatorun sürücüsü 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov xəsarətlər alıb. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.