Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hazırlanmış “sülh planı”nın müzakirəsi üçün ABŞ-də görüşlərin başladığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Umerov bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, ABŞ Administrasiyasının Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürdüyü təşəbbüslə bağlı danışıqlar davam edir və proses “ədalətli sülhün əldə olunması” məqsədi daşıyır.
Umerov Ukrayna Prezidenti Volodimir Zelenski ilə daim əlaqədə olduğunu vurğulayaraq, qarşıya qoyulan əsas prioritetlərin Ukraynanın milli maraqlarının qorunması, konkret dialoq və Cenevrədə əldə olunan nəticələr üzərindən irəliləmək olduğunu bildirib: “Ukrayna üçün real sülh və təminatlı təhlükəsizlik naminə çalışırıq”.
O həmçinin bugünkü görüşlərin detalları barədə Zelenskiyə məruzə edəcəyini söyləyib.
***
ABŞ-nin Florida ştatının Mayami şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlar yekunlaşıb.
Xatırladaq ki, Zelenski dünən Umerovun rəhbərlik etdiyi nümayəndə heyətinin “sülh planı”nı müzakirə etmək üçün ABŞ-yə yollandığını açıqlamışdı.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.