ASAN Süni İntellekt platforması (ASAN AI Hub) ilə “Apolitical”, “Breakthrough Social Enterprise” və “GenAI Works” arasında anlaşma memorandumları imzalanıb.
“Report” xəbər verir ki, mərasim ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimatı zamanı baş tutub.
Sənədləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə həmin şirkətlərin təmsilçiləri imzalayıblar.
Bildirilib ki, bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.