Azərbaycanda mobil cihazlarda “Android”in payı son beş ayda 11 %-dən çox azalıb

Bu ilin noyabr ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 77,84 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, oktyabr ayına nisbətən 0,49 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4,78 faiz bəndi azdır. Beləliklə onun bazar payı ardıcıl olaraq 5-ci aydır azalır (ümumi azalma 11,2 % təşkil edir).

Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 0,45 faiz bəndi və illik müqayisədə 4,84 faiz bəndi artaraq 21,65 % olub.

Planşetlərdə “Android”in bazar payı aylıq müqayisədə 6,87 faiz bəndi artaraq və illik müqayisədə 13,63 faiz bəndi azalaraq 77,23 % təşkil edib.

Həmin cihazlarda “İOS”un bazar payı 22,72 % təşkil edib ki, bu da aylıq müqayisədə 6,84 faiz bəndi az, illik isə 13,62 faiz bəndi çoxdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More