Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 94,07 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 0,52 faiz bəndi çoxdur.
İkinci pillədəki “Google Gemini”nin bazar payı ay ərzində 0,41 faiz bəndi azalaraq 1,91 % təşkil edib.
Növbəti yerdə qərarlaşan “Perplexity”nin bazar payı noyabrda 0,40 faiz bəndi artaraq 1,91 % olub.
Dördüncü yerdəki “Microsoft Copilot”un bazar payı 1,8 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,62 faiz bəndi azdır.
İlk beşliyi 0,32 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı oktyabr ayı ilə müqayisədə 0,12 faiz bəndi artıb.
Müxtəlif platformaların bazar payına görə AI “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“ChatGPT” – 93,93 % (oktyabra nisbətən 0,05 faiz bəndi çox);
“Microsoft Copilot” – 2,15 % (-0,60 faiz bəndi);
“Perplexity” – 1,9 % (+0,24 faiz bəndi);
“Google Gemini” – 1,64 % (+0,15 faiz bəndi);
“Claude” – 0,38 % (+15 faiz bəndi).
Mobil cihazlarda:
“ChatGPT” – 94,77 % (+3,47 faiz bəndi);
“Google Gemini” – 3,27 % (-4,99 faiz bəndi və ya 61 % az);
“Perplexity” – 1,96 % (+1,53 faiz bəndi);
Planşetlərdə:
“ChatGPT” – 100 % (+14,29 faiz bəndi);
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.