Azərbaycanda süni intellektin etik dəyərlərə uyğun istifadəsi üçün normativ-hüquqi baza hazırlanır

Süni intellektin etik dəyərlər çərçivəsində və məsuliyyətli şəkildə istifadəsini təmin etmək üçün normativ-hüquqi baza hazırlanır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) “ASAN Süni İntellekt Mərkəzi”nin (ASAN AI HUB) açılış mərasimində bildirib.

Onun sözlərinə görə, bu hüquqi mexanizm insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetirməklə süni intellektdən istifadənin optimallaşdırılmasını nəzərdə tutur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More