Cəlilabadda da yanğın başladı – Video

Cəlilabad rayonunda yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, alov su-bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatının qamışlıq və quru ot örtüyündə başlayıb.

Küləyin təsiri ilə yanğın sürətlə genişlənib və tüstü bir neçə kilometr məsafədən görünür.

Əraziyə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda alovun ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Hadisənin səbəbi araşdırılır.

Surxay Şahbazov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More