Ülvi Mehdiyev: Süni intellekt bazarının dəyəri artıq 800 milyard dolları keçib

Süni intellekt bazarının dəyəri artıq 800 milyard dolları keçib və proqnozlara görə, 2030-cu ilədək onun bir neçə trilyon dollar həcmində olacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış tədbirində deyib.

Onun sözlərinə görə, 2025-ci ilin ən son məlumatlarına əsasən, artıq 400 milyona yaxın insan süni intellekt həllərindən bu və ya digər formada istifadə edir, ondan yararlanır:

“Beynəlxalq şirkətlərin və ümumiyyətlə, biznes dünyasının təxminən 70 faizi ən azı bir süni intellekt həllini öz biznes proseslərinə tətbiq edib. Bu isə onu göstərir ki, süni intellekt anlayışı artıq həyat tərzimizə çevrilib. İstər iqtisadiyyat, sənaye, səhiyyə, təhsil, sosial həyat, istərsə də şəxsi həyat – bütün sahələrdə süni intellekt bizim ayrılmaz bir hissəmiz olub”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More