“Yahoo” bir ayda Azərbaycandakı bazar payının 28 %-ni itirib

Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 79,38 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 2,54 faiz bəndi, 1 il əvvəlin göstəricisi ilə müqayisədə 4,8 faiz bəndi azdır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 2,71 faiz bəndi, illik isə 4,31 faiz bəndi artaraq 18,34 % olub.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,01 faiz bəndi, illik isə 0,53 faiz bəndi artaraq 1,5 %-də qərarlaşıb.

Dördüncü yerdəki “DuckDuckGo”nun bazar payı ay ərzində 0,08 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,05 faiz bəndi artaraq 0,4 % təşkil edib.

İlk beşliyi qapadan “Yahoo”nun bazar payı ay ərzində 0,12 faiz bəndi, illik müqayisədə isə 0,12 faiz bəndi azalaraq 0,31 % olub. Beləliklə bu axtarış sistemin bazar payı son 1 ayda 28 % azalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More