5 saatdan çox davam edən Putin-Uitkoff görüşü başa çatdı – Video – Yenilənib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev bu gün Kremlə birgə daxil olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Bildirilib ki, Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner dekabrın 2-də Moskvaya səfər ediblər. Onların Rusiya lideri Vladimir Putinlə görüşü günün ikinci yarısına təyin edilib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyən olunan hədəflərin yerinə yetirilməsi əsas şərt olaraq qalır:

“Prezident Putin Uitkoffla Vaşinqton və Kiyev arasında aparılan danışıqlarda yeni sülh planı üzrə əldə olunan ilkin anlaşmaları müzakirə edəcək”.

Xatırladaq ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə ərazi məsələləri, Ukraynanın NATO-ya mümkün üzvlüyü və Qərb ölkələri tərəfindən dondurulan Rusiya aktivlərinin taleyi müzakirə olunub.

***

Rusiya Prezidenti Vladimir Putinin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü başlayıb.

Görüşdə Rusiya tərəfindən prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edir. Müzakirələrin əsas mövzusunun ABŞ-nin Ukrayna ilə bağlı təqdim etdiyi “Trampın sülh planı” olacağı gözlənilir.

***

Vladimir Putinin Stiv Uitkoff ilə görüşü artıq üç saatdır ki, davam edir.

***

Rusiya liderinin S.Uitkoffla 5 saatdan çox davam edən görüşü yekunlaşıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More