Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı mərhumun atası Baku TV-yə danışıb.
Atasının sözlərinə görə, yeniyetmə gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış:
“Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdi. Cin, şeytan, qəbiristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən, telefonundadır”.
Daha ətraflı süjetdə:
Mənbə: Qafqazinfo.Az
Comments are closed.