Daha bir qadın dəm qazından öldü

Dekabrın 3-ü saat 13 radələrində Mingəçevir şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 63 yaşlı şəhər sakini Əntiqə İsmayılova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son günlər Samux və Bakıda da oxşar hadisələr qeydə alınıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More