Bakıda yeraltı keçiddə eskalator qırıldı – Xəsarət alanlar var+Video

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

“Qafqazinfo” Oxu.Az-a istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub”, – məlumatda qeyd olunub.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More