Gədəbəydə kişi evinin həyətində ölü tapıldı

Gədəbəydə kişi yaşadığı evin həyətində ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Qasımov Nazim Abbas oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib. Mərhumun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More