Bu günə qədər 600-dən çox startap İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin proqramlarından keçib.
“Report”un Qərb bürosunun məlumatına görə, bunu Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov bildirib.
R.Xaliqov agentliyin ölkə daxili 3 fond təsis etdiyini qeyd edib və deyib ki, bu, innovasiya fəaliyyəti ilə məşğul olanlara, startaplara maliyyəyə əlçatanlıq baxımından böyük dəstəkdir.
“Bu tip mərkəzlərdə innovasiya fəaliyyətinin təşkil olunması üçün ideyadan məhsula keçəcəyi dövrə qədər müxtəlif ehtiyac duyulacaq fəaliyyətlərdən biri də fiziki infrastrukturdur ki, biz bunu bu məqsədlə təmin edirik. Bizim dövri olaraq inkubasiya və akselerasiya proqramları olur ki, bu da startaplara daha da təkmil layihələr, innovasiya məhsulları və xidmətlərin yaradılmasına köməklik edir.
Bu günə qədər 600-dən çox startap müxtəlif formada proqramlarımızdan keçib. Bundan əlavə insan kapitalının formalaşması üçün də 10 mindən çox gənc bizim proqramlarımız üzrə məzun olub”, – deyə sədr müavini əlavə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.