Sədr müavini: “Aqrar sahədə yeni innovativ məhsul və xidmətlərin yaradılması üçün böyük potensial var”

Aqrar sahədə yeni innovativ məhsul və xidmətlərin yaradılması üçün böyük potensial var.

“Report”un Qərb bürosunun məlumatına görə, bunu Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov bildirib.

“Əsas mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın ümumdaxili məhsulunda kənd təsərrüfatı sahəsinin çəkisi xüsusi əhəmiyyətə malikdir və bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetində belə bir mərkəzin yaradılması gələcəkdə kənd təsərrüfatı sahəsində ümumiyyətlə aqrar sahədə yeni innovativ məhsul və xidmətlərin yaradılması üçün böyük potensial vardır”, – deyə o qeyd edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Bakıda 3, Sumqayıt və Naxçıvanda 1 İnnovasiya Mərkəzi fəaliyyət göstərir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More