Ukraynalı jurnalist Parisdə Putinin qızını tapıb? – Video

Ukraynanın “TSN” portalının əməkdaşı Dmitri Svyatnenko Parisdə Rusiya lideri Vladimir Putinin nikahdankənar qızı olduğu iddia olunan Yelizaveta Krivonoqixlə qarşılaşıb və ona bir neçə sual ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, Yelizaveta kiçik rəsm qalereyasından çıxdıqda jurnalist onlara yaxınlaşaraq özünü təqdim edib və bir neçə sualının olduğunu deyib. 

22 yaşlı gənc qız isə onu lentə alan ukraynalı jurnalistə çəkilişə icazə vermədiyini bildirib və suallara cavab vermək istəməyib. 

“Üç həftə əvvəl sizin atanız mənim qardaşımı öldürdü, siz Avropada necə yaşayırsınız? Hazırda Kiyevdə işıq yoxdur və bu saniyələrdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilir. Biz də buna icazə verməmişdik”, – deyə Svyatnenko qeyd edib. 

Bunun ardınca, jurnalist Yelizavetaya Putinin siyasətinə necə yanaşdığını, onu dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suallar verib. O isə cavabında məsələ ilə nə əlaqəsinin olduğunu soruşub. 

“Siz Kiyevə gələ və “hava hücumundan müdafiə vasitəsi” kimi çıxış edə bilərsiz. Yaxud da, bütün bu hadisələrin başa çatması üçün Pokrovska gedə bilərsiz. Sizə Kiyevə bilet almağa hazıram, lakin təəssüflər olsun ki, atanıza görə Ukraynaya təyyarələr uçmur”, – deyə jurnalist dialoqu davam etdirməyə cəhd edib. 

Yelizaveta isə “Təəssüflər olsun ki, heç cür kömək edə bilmərəm. Düşünürəm ki, sizinlə yetəri qədər söhbət etdim. Hər şeyin belə olduğuna görə üzgünəm. Bu vəziyyətə görə cavabdeh deyiləm. Mənə yaxınlaşmağa, söhbət etməyə cəsarət etdiyinizə görə şadam, lakin əfsuslar olsun ki, sizə heç cür kömək edə bilmərəm” – deyərək söhbəti başa çatdırıb. 

Qeyd edək ki, Yelizaveta Krivonoqixin Vladimir Putinlə 50 yaşlı milyonçu Svetlana Krivonoqixin qızı olduğu iddia olunur.


Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More