Polis xeyli silah-sursat aşkarladı

Polis tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 pulemyot və 2 tapança aşkar edib.

Bununla yanaşı, gün ərzində 2 qumbara, 2 alışdırıcı, 8 tüfəng, 7 patron darağı və 37 ədəd müxtəlifçaplı patron da aşkar edilərək götürülüb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More