“Torpağımızı niyə onlara verməliyik?!”

Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş komandanı Aleksandr Sırski bəyan edib ki, Ukrayna üçün öz ərazisini təslim etmək qəbuledilməzdir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Baş komandan ərazilərin verilməsi ilə bağlı səslənən fikirləri rədd edib:

“Əlbəttə, əraziləri vermək bizim üçün qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızı niyə onlara verməliyik?! Ərazimizi kimsəyə verməyəcəyik”.

Onun sözlərinə görə, Ukrayna üçün ədalətli sülh “ilkin şərtlər olmadan sülh”, habelə ərazilərdən imtina edilməməsi və cəbhə xətti boyunca atəşkəsin dayandırılması deməkdir.

Xatırladaq ki, bundan əvvəl A. Sırski Pokrovskun itirilməsi ilə bağlı informasiyaları təkzib etsə də, Rusiya tərəfi şəhərə nəzarəti ələ keçirdiyini bildirmişdi.

 

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More