Masazırda 23 yaşlı qızın, Salyanda 25 yaşlı oğlanın meyitləri tapıldı

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More