Nazir müavini: Azərbaycanda süni intellektə dair yeni standartlar qəbul edilib

Azərbaycanda süni intellektə dair yeni standartlar qəbul edilib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Əqli mülkiyyət və süni intellekt” mövzusunda keçiriIən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu, ölkədə bir ilkdir.

Nazir müavini, həmçinin əlavə edib ki, Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb.

“Akademiyanın əsas məqsədi Süni İntellekt sahəsində mütəxəssislərin hazırlanması, ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Akademiya, həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir. Artıq Akademiya dünyanın tanınmış universitetləri ilə əməkdaşlığa başlayıb və gələn həftə Stanford Universiteti ilə birgə təlimlər keçiriləcək”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More