“Bilmirəm, Nəriman haqda nə deyim” – Qurban Qurbanov

“Bilmirəm, Nəriman haqda nə deyim. Bəlkə, hansısa fikir desəm, azarkeşə qarşı çıxmış olacağam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Ayaks”a 2:4 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis gənc oyunçu Nəriman Axundzadənin çıxışından narazı qalan azarkeşlərə deməyə sözü olmadığını bildirib:

“Əlbəttə ki, daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, yenə də olacağam. Azarkeşlərin narazılığına verəcək cavabım yoxdur. Sadəcə daha yaxşı oynaya bilərdi”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More