Azərbaycanda bu il informasiya və rabitə sektoruna investisiya qoyuluşunun məbləği açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 288,4 milyon manat investisiya qoyulub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,3 % azdır.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 1,7 % təşkil edib.

Təkcə noyabrda isə sektora investisiya qoyuluşu 26,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 51 % azdır.

Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More