Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 166,3 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.
Təkcə noyabrda isə adıçəkilən xidmətlərdən 114,1 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 6 % azdır.
2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.