Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib.

G.Hacıbəyli isə bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini deyib.

Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa çağırılıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More