İki avtomobil “TIR”la toqquşdu – 4 yaralı – Video

Salyanda zəncirvari qəza baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Opel” və “Mercedes” markalı avtomobillər qarşıda gedən “TIR”la toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri – 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More